Aİ Belarusa qarşı sanksiyaları genişləndirib

2024/03/1711083593.jpg
Oxunub: 182     13:42     29 İyun 2024    
Avropa İttifaqı (Aİ) Belarusa qarşı bir sıra sanksiyalarını genişləndirib. Bu sanksiyalar Rusiyaya münasibətdə artıq tətbiq edilib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı məlumat yayıb.

Bildirilib ki, Belarusdan qızıl, almaz, helium, kömür və mineral məhsullar, xam neft idxalı qadağandır.

Bundan əlavə, məhdudiyyətlər bu ölkədə qeydiyyatda olan avtonəqliyyat vasitələri, o cümlədən qoşqu və yarımqoşqularla yüklərin daşınmasına da təsir göstərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Belarus  


Bizi "telegram"da izləyin