Hindistan yerli istehsal olan TAPAS BH-201 PUA-ları ilə sərhəd təhlükəsizliyini gücləndirir

2024/07/2024--1719822483.jpg
Oxunub: 240     16:57     01 İyul 2024    
Hindistan ordusu və Hərbi Dəniz Qüvvələri (HDQ) bütün təhdidlərə qarşı Pilotsuz Uçuş Aparatı (PUA) inventarını genişləndirir.

Ordu.az xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələri (HHQ) və HDQ bu yaxınlarda Müdafiə Araşdırma və İnkişaf Etdirmə Təşkilatı (DRDO) tərəfindən istehsal olunan 10 ədəd TAPAS-BH-201 (Havadan Müşahidə üçün Taktik Platforma) PUA-sını sifariş edib.

Bu PUA-lar Hindistanın texnologiya və sənayedə özünü təmin etməyi təşviq etməyi hədəfləyən “Atmanirbhar Bharat” təşəbbüsünə sadiqliyini nümayiş etdirir.

TAPAS-BH-201 PUA-ları Hindistanın qərb və şimal sərhədləri boyunca kəşfiyyat, müşahidə və aşkarlama (ISR) missiyaları üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   TAPAS   BH-201   PUA  


Bizi "telegram"da izləyin