“Bu gün Ermənistan ekspert habıdır” - Markedonov

2023/11/image-1700549229.jpg
Oxunub: 629     17:38     01 İyul 2024    
“Bu gün Ermənistan ekspert habıdır”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov “Facebook” səhifəsində yazıb.

Markedonov sual verib ki, ABŞ, Aİ ölkələrindən və eyni zamanda İran və Hindistandan olan ekspertləri Ermənistandan başqa harada görəcəksən?

“Rusiyaya nifrətə gəlincə. Bütün bunlar bu gün başlamayıb, sabah da bitməyəcək. Burada panikaya düşmək lazım deyil, rus sevgisi üçün də yer var. Taksi sürücülərindən tutmuş professorlara qədər. İnsan təması saxlamaq istəyənlər və dialoqa hazır olanlar nə qədər çətin olsa da, hazırdırlar. Bunun üçün onlara təşəkkür edirəm. Bəziləri hazır deyil, müqavimət göstərirlər. Mən heç kimi mühakimə etmirəm, zaman hökm verəcək... Bir şeyə əminəm. Getmək, ünsiyyət qurmaq, hamını dinləmək lazımdır, bu, peşəkar status üçün daha zəruridir. Duyğular, hər şey həddindən çox insanidir, başa düşürəm. Əsas olan insan astanasını keçməməkdir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ekspert  


Bizi "telegram"da izləyin