Hikmət Hacıyev: "Qarabağdakı marionet rejim ləğv edilməlidir"

2023/03/16015-1678634528.jpg
Oxunub: 16503     00:38     10 Sentyabr 2023    
“Qarabağdakı qanunsuz marionet rejim ləğv və tərksilah edilməlidir”.

Ordu.az xəbər verir ki bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.

Hikmət Hacıyev daha sonra əlavə edib:

“Reuters, Politico və BBC daxil olmaqla, beynəlxalq jurnalistlərin çoxsaylı sorğularına cavab olaraq aşağıdakıları aydınlaşdırmaq istəyirəm:

Sabah Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində gedəcək. Bu, ayrıca razılaşmadır və BQXK-nın çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoş niyyətli jest kimi razılığını bildirdi. Lakin qanunsuz rejim bundan imtina etdi.

Bununla belə, Laçın buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir.

Yalan və uydurma seçkilər. Bunu ciddi uğursuzluq adlandırmaq istərdim. Qanunsuz marionet rejim ləğv və tərksilah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev   Laçın  


Bizi "telegram"da izləyin