“Google” ABŞ-nin “Manta Ray” insansız sualtı qayıq layihəsinin peyk fotolarını silib

2024/07/2024--1719822282.jpg
Oxunub: 205     16:10     01 İyul 2024    
ABŞ-nin insansız sualtı qayığının prototipi olan “Manta Ray” bu yaxınlarda “Google Maps” istifadəçiləri tərəfindən kəşf edilib.

Ordu.az xəbər verir ki, insansız sualtı qayığın Kaliforniyadakı “Port Hueneme” hərbi dəniz bazasında lövbər saldığı müşahidə olunub.

Göründüyü qədər, “Manta Ray”in şəkli internetə sızandan sonra yoxa çıxıb.

“Manta Ray”in fotoşəkilləri qayıqlarla əvəz olunub.

ABŞ ordusu aerodinamik formasına görə nəhəng “qanadlı” balığın adını daşıyan “Manta Ray” (Vatoz) adlı insansız sualtı qayıq prototipini hazırlayıb.

“Manta Ray” uzun müddət dəniz dibində “qış yuxusu”na yata bilər və bu, onu aşkar etməyi çətinləşdirir.

Bu qabiliyyət gizli əməliyyatlar üçün və ya düşmənlərə qarşı çəkindirici vasitə kimi faydalı ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Google   ABŞ   Manta-Ray  


Bizi "telegram"da izləyin