"Belarus" sözünə uyğun 520 nəticə tapıldı!

Ermənistan BQ rəisi Moskvaya gedir

2019/06/10880-1561017918.jpg
Oxunub: 500     12:03     20 İyun 2019    
Artak Davtyan KTMT-nin hərbi komitəsinin növbəti iclasında iştirak edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general leytenant Artak Davtyan iyunun 21-də KTMT-nin hərbi komitəsinin növbəti iclasında iştirak edəcək.

Məlumata görə, görüş zamanı tərəflər 2019-cu ildə keçiriləcək birgə tədbirlərin detallarını müzakirə edəcəklər. KTMT-nin hərbi komitəsinə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, həmçinin KTMT-nin Birləşmiş Qərargahının rəisi və Qırğızıstanın Baş Qərargah rəisinin birinci müavini daxildir.

Xatırladaq ki, mayın 22-də Bişkek şəhərində KTMT-yə üzv ölkələrin Xarici İşlər nazirləri şurasının iclası keçirilib. İclas zamanı şura heyəti KTMT-nin Baş Katibi vəzifəsinə Belarus nümayəndəsi Stanislav Zasın namizədliyini irəli sürüb. Lakin Stanislav Zasın bu vəzifəyə namizədliyi yazda keçiriləcək KTMT-yə üzv ölkələrin rəhbərləri şurasının iclasında təsdiqlənməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Artak-Davtyan