TUSAŞ-dan Avtonom Qol Uçuşu Konsepsiyası: AQU

2024/05/2024--1715319702.jpg
Oxunub: 846     17:40     29 İyun 2024    
Türkiyə Aviasiya və Kosmos Sənayesi yeni məhsullar əldə etmək üçün inkişaf etdirdiyi Avtonom Qol Uçuşu (AQU) Konsepsiyası üzərində işlərin davam etdiyini açıqlayıb.

TUSAŞ Daxili Kommunikasiya Jurnalında dərc olunan bəyanatda aşağıdakı ifadələr yer alıb:

“Günümüzdəki və gələcək 10 il üçün təxmin edilən əməliyyat şəraitində hava qüvvələrinin üstünlüyünün təmin edilməsində mühüm amil olacaq yeni texnologiyaların ən yüksək səviyyədə istifadə edildiyi AQU Konsepsiyasında işlər davam etdirilir. Milli Döyüş Təyyarəsi “Kaan” və “Anka III” ilə başlayan konsepsiyanın gələcəkdə TUSAŞ məhsulu və standartı halına gələrək, digər platformalarda da istifadə edilməsi planlaşdırılır”.

Təyyarələr fasiləsiz missiya yerinə yetirə biləcək

İnsanlı və insansız komandalar (Manned UnManned Teaming –MuM-T) anlayışının fərqli bir şərhi olan AQU texnologiya və standartlaşdırma yanaşması təklif edən çərçivə konsepsiyasıdır. AQU konsepsiyası insanlı və insansız sistemlərə tapşırıqları birlikdə yerinə yetirməyə imkan verir. AQU Konsepsiyasının əsasını TUSAŞ tərəfindən hazırlanmış və ya hazırlanacaq insanlı və insansız platformaların əməliyyat mühitində komanda şəklində öz vəzifələrini yerinə yetirməsinə imkan verəcək texnologiyaların istifadəsi təşkil edir.

Bu konsepsiya ilə əməliyyat çərçivəsində missiyalar insanlı və insanız təyyarələrin əməkdaşlığı ilə həyata keçirilə biləcək. AQU Konsepsiyası oxşar performans xüsusiyyətlərinə malik döyüş təyyarələrinə və Pilotsuz Uçuş Aparatlarına (PUA) ünsiyyət qurmaq və tapşırıqları bölüşmək imkanı verir. TUSAŞ bildirir ki, AQU Konsepsiyası ilə hava əməliyyatlarının getdikcə artan mürəkkəbliyini və əməliyyatlar sahəsində təhdidləri aşa biləcək bir konsepsiya və bu konsepsiyaya uyğun məhsul yaratmağı hədəfləyir.

Bu kontekstdə TUSAŞ AQU Konsepsiyasında aşağıdakı texnologiyalardan istifadə edir:

Süni Zəka (SZ)
Avtonomluq
Sensor və Məlumat Füzyonu
Ünsiyyət
Dəqiq Naviqasiya
İnsan Maşın İnterfeysi Texnologiyaları


AQU Konsepsiyasının bütün məhsullarda istifadə edilməsi planlaşdırılır

TUSAŞ AQU Konsepsiyasının inkişaf etirmə işlərinə Milli Döyüş Təyyarəsi “Kaan” və “Anka III” platformaları ilə başlayıb. Layihədə konsepsiyanın prinsipləri və əməliyyat mühitində tələb olunan texnologiyalar müəyyən edilib. Edilən təriflərdən sonra hər iki platforma üçün texniki tələblərin qarşılanmasıyla AQU Konsepsiyasının həyata keçirilməsi hədəflənir. TUSAŞ-ın AQU Konsepsiyası inkişaf etdirmə işlərindəki baxışını isə aşağıdakı kimi müəyyən etdiyini bildirir:

Pilotun əməliyyat mühitindəki effektivliyini qərar qəbul edən şəxs olaraq artırarkən, əməliyyat riskini azaltmaq və pilot iş yükünü məqbul səviyyədə saxlamaq,

AQU Konsepsiyasını TUSAŞ məhsulu və standartı olaraq tək platforma üzərində cəmləməkdənsə, məhsul ailəsi səviyyəsində inkişaf etdirmək,

Texnologiyanın mümkün olan ən yüksək səviyyədə istifadəsi və yeni texnologiyaların tez bir zamanda konsepsiyaya daxil edilməsini təmin etmək,

“Kaan” və “Anka III” ilə atılan ilk addımı digər platformalar üçün genişləndirmək.


Bu baxış çərçivəsində yaradılmış konsepsiya sənədi və bu məqsədlə yaradılan əməliyyat mühitindəki təhlillərlə təkmilləşdirilən tədqiqatların ikinci mərhələsinə başlanılması qərara alınıb. Bu prosesdə TUSAŞ AQU Konsepsiyasında yer alacaq platformalar və kritik texnologiyalar üçün sistem mühəndisliyi metodologiyası ilə məhsul təriflərinin edilməsini, məhsul strategiyası və yol xəritəsi sənədinin yaradılmasını planlaşdırdığını bildirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   Türkiyə  


Bizi "telegram"da izləyin