Layihə haqqında

Hörmətli oxucular! Ordu.az – hərbi və geosiyasi yüklü müstəqil xəbər saytıdır. Saytın məqsədi oxuculara hərbi-geosiyasi, hərbi-texnoloji mövzularla bağlı dəqiq məlumat və təhlillər təqdim etməkdir. Digər məqsədimiz dünyada gedən informasiya müharibəsində Azərbaycanın mövqelərinin güclənməsinə xidmət etmək, ölkəmizə və ordumuza qarşı olan təxribatlara cavab verməkdir. Bu məqsədlərə çatmaq üçün Azərbaycan Ordusu, ölkəmizin hərbi sənaye kompleksi, qəhrəmanlarımız, hərb tarixmizlə bağlı mövzulara üstünlük verəcəyik. Həmçinin ordu.az gənclərə vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət ayıracaq. Eyni zamanda, saytda Cənubi Qafqaz, MDB, Yaxın Şərq, Avro-Atlanika məkanında baş verən yenilikləri də diqqətinizə çatdıracağıq. Ordu.az hərbi və vətənpərvərlik mövzuları ilə maraqlanan bütün şəxslər ilə əməkdaşlığa açıqdır.