İran dünyaya sürpriz vəd edir? Pezeşkian ikinci turda Cəlilini məğlub edə biləcək?

2024/06/1719574124.jpg
Oxunub: 990     10:36     30 İyun 2024    
İranda iyunun 28-də keçirilən növbədənkənar prezident seçkiləri üçün səslərin hesablanması bitib. Seçkilərdə lider islahatçı qanadın nümayəndəsi, İran parlamentinin üzvü, etnik azərbaycanlı olduğu bilinən Məsud Pezeşkiandır.

İlkin turda səslərin hesablanmasından sonra Pezeşkian mühafizəkarlar qanadının nümayəndəsi, İranın ali dini lideri Xomeyninin İran Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlalini üstələyib. Üçüncü yerdə Xomeyninin oğluna yaxın xadim hesab edilən İran parlamentinin sədri Qalibaf qərarlaşıb. Üstəlik, İranın sabiq prezidenti Rəisinin faciəvi ölümündən sonra bir çox İran mənbələri Qalibafı növbədənkənar seçkilərdə qalib gəlmək üçün əsas namizəd hesab edirdi.

Amma gördüyünüz kimi, İranda ictimai-siyasi əhval-ruhiyyə və proseslər müəyyən gözlənilməz, ən azından kənar baxış üçün gözlənilməz ssenari üzrə gedir. Qeyd edək ki, İranda islahatçı qanadın qələbəsi əslində beynəlxalq aktorlar üçün sürpriz ola bilər. Təbii olaraq qələbədən danışmaq hələ tezdir, çünki namizədlərdən heç biri səslərin yarıdan çoxunu toplaya bilməyib və hər şeyə ikinci turda qərar veriləcək. Eyni zamanda, islahatçı qanadın İranda hökuməti ələ keçirməsi, şübhəsiz ki, ilk dəfə deyil.

Prezidentin seçilməsində isə təbii olaraq söhbət İranın dövlət strategiyasından yox, icra hakimiyyətinin taktikasından gedir, İranda prezidenti, əlbəttə, Baş nazirdən daha böyük çəki ilə icra hakimiyyətinin başçısı kimi görürlər. Amma ölkənin siyasətini Xomeyni, bu institut həll edir. Təbii ki, Xomeyninin prezident seçkilərinin nəticələrinə qarşı necə mövqe tutması çox vacibdir. Ümumiyyətlə, İran kifayət qədər mürəkkəb və balanslaşdırılmış siyasi münasibətlər və idarəetmə sisteminə malikdir.

Bütün hallarda İran prezidentinin seçilməsi prosesi sübut etdi ki, sistemdaxili daxili siyasi mübarizə, daxili gərginlik demək olar görünməmiş səviyyədədir. Bu, bəlkə də mürəkkəb qlobal vəziyyət və bütövlükdə tarixi dövrlə, yaxud xüsusilə bu kontekstdə birbaşa İranla əlaqəli olan dərin çağırışlarla bağlıdır. Yeri gəlmişkən, İranda prezident seçkiləri səsverməsinə yaxınlaşmağa paralel olaraq İsrail-Livan vəziyyətinin kifayət qədər gərginləşməsi və İsrailin Livanda “Hizbullah”a qarşı genişmiqyaslı əməliyyat keçirməsi ehtimalının artması diqqəti çəkir ki, bu da mahiyyətcə İrana da təsir edəcək.

Yeri gəlmişkən, diqqəti çəkən məsələlərdən biri də bu prosesin özünün İran prezidentinin seçilməsinə təsir etmək meylinin olub-olmamasıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran   Seçki   Qələbə  


Bizi "telegram"da izləyin