ABŞ Ukraynaya 105 mm-lik artilleriya sistemləri ötürüb

2024/07/2024--1719819617.jpg
Oxunub: 261     14:50     01 İyul 2024    
ABŞ Ukraynaya “Humvee” üzərinə quraşdırılmış eksperimental 105 mm-lik haubitsa sistemlərini göndərməyə başlayıb.

Ordu.az xəbər verir ki, may ayında Ukraynada “Humvee 2-CT Hawke”yə quraşdırılmış mobil haubitsa sisteminin gizli tədarükü həyata keçirilməyə başlayıb.

“Defence Post”a danışan bir rəsmi bildirib ki, Ukrayna hərbi qulluqçuları iki həftə ərzində bu sistemlər üzrə təlim keçiblər.

“Dərhal sınaqlara başladılar və bu sistem əslində döyüşdə öz effektivliyini göstərməyə başladı”, - deyə o qeyd edib.

Məlumata görə, bu texnologiya silahın geri təpmə şokunu udmağa kömək edərək, yüngül avtomobillərin aşmasının qarşısını ala bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Humvee  


Bizi "telegram"da izləyin