KİV: Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi gözlənilir

2024/07/67af7-1719830882.jpg
Oxunub: 190     14:25     01 İyul 2024    
Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə “TGRT Haber” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün və ya sabah hökumətdə kadr dəyişikliyi ola bilər.

İddiaya görə, hökumətin sabah keçiriləcək iclasında yeni nazirlər olacaq. Onlar öz sələflərini əvəz edəcəklər. Söhbətin konkret olaraq hansı nazirlərdən getdiyi açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl səhiyyə naziri Fəxrəddin Qocanın istefası barədə məlumat yayılmışdı. Həmçinin bəzi nazirlərin vəzifədən azad olunacağı iddia edilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İstefa  


Bizi "telegram"da izləyin