Ankara və İrəvan nə barədə razılığa gəliblər? – ANALİZ

2021/09/3444-1630763863.jpg
Oxunub: 408     11:21     29 İyun 2024    
Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Estoniyaya səfəri zamanı hökumət rəhbərinin aldatmalarını davam etdirərək, guya İrəvanın Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə hazır olduğunu açıqlayıb.

Bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparan Ararat Mirzoyan qeyd edib ki, Türkiyə tərəfi ilə aparılan dialoq nəticəsində tam nizamlanma istiqamətində addımların atılması ilə bağlı aydın razılaşmalar əldə olunub. “Söhbət təkcə üçüncü ölkələrdən deyil, həm də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşlarından gedir. Hesab edirəm ki, həqiqətən də razılaşmaları praktikada tətbiq etmək və onların necə reallığa çevrildiyini görmək vaxtıdır”, - deyə Ermənistan xarici işlər naziri bəyan edib.

Lakin onun bəyanatından o qədər də aydın deyil ki, söhbət 2022-ci il iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Vyana görüşündə əldə olunan razılaşmalardan gedir, yoxsa Ararat Mirzoyan son günlər, əvvəlcə Paşinyan-Ərdoğan, bir həftə sonra isə Mirzoyan-Fidan telefon danışıqları zamanı əldə olunmuş artıq aydın razılaşmaları nəzərdə tutur? Birinci dərəcəli simalar arasında telefon danışığından bir həftə sonra xarici işlər nazirləri arasında söhbətin baş tutması onun birincinin davamı olduğunu düşünməyə imkan verir.

Bu isə o deməkdir ki, Paşinyan-Ərdoğan söhbəti zamanı razılaşdırılan məsələlər artıq nazirlər səviyyəsində daha obyektiv müzakirə olunub. İrəvan və Ankara 2022-ci il 1 iyul tarixli razılaşmaların həyata keçirilməsi üçün aydın addımlar barədə razılığa gəliblərmi? Bunlar necədir, hansı cədvəldədir? Yaxın vaxtlarda Türkiyə və Ermənistan rəsmilərinin Ermənistan-Türkiyə sərhədini diplomatik pasportlarla “keçməsi”ni görmək mümkündürmü? Bütün sual Ankaranın niyə bu addıma getməli olduğudur.

Təbii olaraq qüvvələr balansını real qiymətləndirmək və qəbul etmək lazımdır ki, vəziyyətin inkişafı Türkiyənin istəyinə uyğun ola bilər, Ermənistanın isə bu istəyin formalaşmasında təsiri azdır. Buna görə də sual yaranır ki, əgər razılaşmaların həyata keçirilməsi istiqamətində addım atmaq üçün belə bir aydın razılaşma varsa, Ankaranın mövqeyinə nə təsir edib?

Bəs Türkiyə bu aydın addımların müqabilində nə alacaq? Çünki Ankaranın bu addıma təzyiqlə sövq edildiyini düşünmək çətin ki, realdır. Rusiya və İranın Qafqazda təsirini zəiflətmək məqsədini açıq şəkildə bəyan edən ABŞ çətin ki, indiki dövrdə Ankaraya təzyiq göstərməyə üstünlük versin.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin