Ötən ilin oktyabrından bəri Qəzzada İsrailin 500-dən çox zirehli vasitəsi zədələnib

2024/07/2024--1719822209.jpg
Oxunub: 244     15:51     01 İyul 2024    
Anadolu Agentliyinin “Maariv” qəzetinə istinadla verdiyi xəbərə görə, ötən ilin oktyabr ayında müharibə başlayandan bəri Qəzza zolağında İsrailin 500-dən çox zirehli vasitəsi zədələnib.

Ordu.az xəbər verir ki, ibranicə nəşr olunan İsrail qəzeti onlarla bu hərbi vasitənin tamamilə sıradan çıxarıldığını bildirib.

Ordu HƏMAS ilə toqquşmalarda zədələnmiş vasitələri təmir etmək üçün Qəzzada iki logistika mərkəzi yaradıb.

Vasitələrinin daşınmasına cavabdeh olan birliklərin fiziki və əqli cəhətdən yorğun olduğu bildirilən hesabatda qeyd olunub ki, İsrail ordusundan Livanın cənubuna müdaxilə etmək istənilsə, hərbi qulluqçular orada olacaqlar, ancaq onlar ən yaxşı vəziyyətdə deyillər.

Livanda İsrail və “Hizbullah” arasında sərhəd gərginliyi son bir neçə həftədə artıb və hərtərəfli müharibə qorxusu var.

Qəzza müharibəsində İsrail ordusunun gözlənildiyindən qat-qat çox silah istehlak etdiyi və bu silahlardan istifadənin hələ də yüksək olduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   İsrail  


Bizi "telegram"da izləyin