Prezident İlham Əliyev: "Qayıdış hüququ Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir"

2024/07/6682a-1719841425.jpg
Oxunub: 437     17:31     01 İyul 2024    
Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən qayıdış hüququ ilə əlaqədar diplomatın şərhinə cavabında deyib.

Bu xüsusda dövlət başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev  


Bizi "telegram"da izləyin