Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclasının yekunlarına əsasən protokol imzalanıb

2024/07/1719824403.jpg
Oxunub: 184     15:27     01 İyul 2024    
Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 6-cı iclasının yekunlarına əsasən protokol imzalanıb.

Ordu.az xəbər verir ki, sənəd iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, ətraf mühit, turizm, eləcə də elmi-texniki, humanitar və sosial sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Yekun protokolda ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb. Tərəflər iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın yeddinci iclasının gələn il Bolqarıstanda keçirilməsi barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Bolqarıstan  


Bizi "telegram"da izləyin