Ordu.az xəbər verir ki, bunu Ermənistanda davam edən aksiyaların rəhbəri, radikal erməni keşiş Baqrat Srbazan azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njdenin məzarı qarşısında çıxışında deyib.
“Sadəcə bir qrup atalarımız onun rəhbərliyi altında qələbə qazandılar, bunun sayəsində təkcə Zəngəzur bölgəsi deyil, bütün Ermənistan haqlı olaraq dünya xalqları arasında yaşayır. Bu gün zaman bizi ölkəmizin bu çətin reallığında məsuliyyət daşımağa vadar edib”, - deyə o qeyd edib.
Baqrat Srbazan bildirib ki, onun səfərinin ardınca nailiyyətlər gəlməsə, səfərin heç bir dəyəri olmayacaq.
Alpər Mövludoğlu
Ordu.az