Paşinyan: "Ermənistanda demokratiyanın keyfiyyətindən narazıyıq"

2024/07/1719825402.jpg
Oxunub: 228     13:01     01 İyul 2024    
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə demokratiyanın keyfiyyətindən narazı olduğunu bəyan edib.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bunu “Demokratiya uğrunda Ermənistan forumu”nda çıxışı zamanı deyib.

“Xüsusilə, yerli özünüidarəetmə səviyyəsində seçkilər kifayət qədər siyasiləşdirilməyib”, - o bildirib.

Baş nazir qeyd edib ki, söz və mətbuat azadlığı ictimaiyyət tərəfindən sui-istifadə olunmamalıdır: “Bizim üçün demokratiya strategiyadır və hökumət bu strateji yolu davam etdirəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Demokratiya  


Bizi "telegram"da izləyin