Fransa artilleriya bölmələrini DT46 uzun mənzilli PUA-ları ilə dəstəkləyəcək

2024/06/desed-1719473799.jpg
Oxunub: 169     12:51     01 İyul 2024    
Fransa ordusu “Delair”in uzun mənzilli DT46 Pilotsuz Uçuş Aparatlarını (PUA) almaqla, artilleriya birliklərinin kəşfiyyat imkanlarını artıracağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Parisdə keçirilən “Eurosatory 2024” müdafiə sərgisində təqdim edilən PUA hava məkanını izləmək və daxil olan təhdidlər barədə erkən xəbərdarlıq etmək üçün nəzərdə tutulub.

Məlumatlara görə, yeni PUA-lar artilleriya bölmələrinin tez bir zamanda yerini dəyişdirməsinə və ya hücum zamanı sipər almasına imkan verməklə, onların sağ qalma qabiliyyətini artırır.

İnsansız platforma bu yaxınlarda taktiki qiymətləndirmə mərhələsini başa vurub və indi ekstremal şəraitdə dayanıqlığını qiymətləndirmək üçün əlavə performans sınaqlarından keçəcək.

Fransa ordusuna nə qədər DT46-nın veriləcəyi açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   DT46   PUA  


Bizi "telegram"da izləyin