Erməni deputat: “Şurnuxuda Azərbaycan öz bayrağını qoyub və torpaqları öz ərazisi elan edib”

2024/07/fdsfs-1719815703.jpg
Oxunub: 250     15:03     01 İyul 2024    
“Dəhşətdir, Şurnuxuda görürsən ki, bir neçə metr aralıda Azərbaycan öz bayrağını qoyub və torpaqları öz ərazisi elan edib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Vətən naminə Tavuş” hərəkatının üzvü, erməni deputat Qarnik Danielyan Şurnuxuda olarkən deyib.

“Onlar açıq şəkildə deyirlər ki, biz o ərazilərə sahib çıxmalıyıq, sonra daha çoxu haqqında düşünməliyik. Günəndə insanlar Ermənistan qanunları ilə onlara verilən kadastr şəhadətnamələrindən Azərbaycanın xeyrinə imtina etməyə məcbur edilir. Veriləcək pulun kimin hesabında olduğunu da bilmirik. Ermənistana pulun Azərbaycan köçürmələri ilə daxil olduğunu bilirik”, - deyə Danielyan qeyd edib.

O bildirib ki, Şurnuxuda yeni tikilən evlər yalnız təhlükəsizlik problemləri həll olunacağı təqdirdə Ermənistanın mülkiyyəti olacaq.

Erməni deputat əlavə edib ki, Şurnuxuda Paşinyanın dəstəyi yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şurnux   Azərbaycan  


Bizi "telegram"da izləyin