ABŞ Avropadakı hərbi bazalarını döyüş vəziyyətinə gətirib - KİV

2024/01/1706159307.jpg
Oxunub: 180     15:25     01 İyul 2024    
ABŞ Avropadakı hərbi bazalarını, o cümlədən Almaniyadakı komanda qərargahını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib və terror aktı təhdidləri səbəbindən müdafiə səviyyəsini artırıb.

Ordu.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, bu cür hazırlıq ən azı on il ərzində görülməyib və bu o deməkdir ki, hərbçilər aktiv və həqiqi təhdid alıblar.

Bu cür qərara məhz nəyin səbəb olduğu açıqlanmayıb, lakin Avropa hakimiyyəti Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində və Almaniyada keçirilən futbol üzrə Avropa Çempionat zamanı potensial terror təhlükəsi barədə xəbərdarlıq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa  


Bizi "telegram"da izləyin