Erməni politoloq: “Təhlükəli proseslərə atılmaqdansa, “3+3” formatı üzərində işləmək daha düzgündür”

2024/06/1719649473.jpg
Oxunub: 212     14:00     01 İyul 2024    
“Ermənistanı Qərbin təsir zonasına, anti-Rusiya təsir zonasına aparmaq istəyi Qərb üçün böyükdür”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.

Onun sözlərinə görə, bu bəyanatların çox ciddi siyasi məzmunu var.

“Bu, Ermənistanın Rusiyanın təsir zonasından çıxması üçün Qərbin çoxtərəfli dəstəyidir. Bu, getdikcə daha da güclənir, daha böyük çalar alır, çünki Gürcüstanda Qərbin siyasəti uğursuzluğa düçar olur, onilliklər ərzində Gürcüstan istiqamətində sərf olunan zəhmətlər, xərclər, milyardlar boşa çıxır. Gürcüstan Qərbin təsir zonasını çox sakit və davamlı şəkildə tərk edir. Bu halda Qərb üçün dayaq və təsir dairəsi olmaq baxımından Ermənistanın Cənubi Qafqazda xüsusi çəkisi artır. Təbii ki, xüsusilə yeni seçkilər zamanı Gürcüstan uğrunda hələ döyüşlər olacaq, amma bu, başqa məsələdir. Ermənistanı Qərbin təsir zonasına, anti-Rusiya təsir zonasına aparmaq istəyi Qərb üçün böyükdür”, - deyə Keryan qeyd edib.

Keryan bildirib ki, təhlükəli proseslərə atılmaqdansa, “3+3” formatı üzərində işləmək daha düzgündür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Ermənistan  


Bizi "telegram"da izləyin