Peskov: "Moskva Ukrayna SQ-nin Belarus sərhədinə yerləşdirilməsindən narahatdır"

2024/05/1715232548.jpg
Oxunub: 130     13:50     01 İyul 2024    
Ukrayna Silahlı Qüvvələrinin Belarus sərhədinə yerləşdirilməsi Moskvanın narahatlığına səbəb olub.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belarus ittifaq dövlətidir, bizim bütün müvafiq qurumlar, o cümlədən xüsusi xidmətlər arasında xüsusi dialoq formatları var və bizim müdafiə nazirliklərimiz tərəfdaşlar kimi daim əlaqə saxlayırlar. Ona görə də əlbəttə ki, bunlar təkcə Minski deyil, həm də Moskvanı narahat edən səbəblərdir, çünki biz həqiqətən müttəfiq və tərəfdaşıq”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ukrayna   Belarus  


Bizi "telegram"da izləyin