“Bu gün Tavusda nə baş verdiyi hər kəsə aydındır, ona görə də sülhdən söhbət gedə bilməz” - Ermənistanın sabiq BQ rəisi

2022/06/1655357016.jpg
Oxunub: 302     16:35     01 İyul 2024    
“Nə sərhəd dirəkləri, nə tikanlı məftillər, nə də sərhədçilər Tavusda sülhü təmin edə bilmir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi inspektor, general-polkovnik Movses Hakopyan deyib.

Onun sözlərinə görə, ölkənin təhlükəsizliyini ölkənin siyasi hakimiyyəti və ölkənin Silahlı Qüvvələri təmin edir.

“Qalan hər şey - mövqe, bunker, sərhəd postu ilə bağlı, xüsusən də Azərbaycan məsələsində heç nə etmir. Bütün bunlar ancaq hakimiyyətin və Silahlı Qüvvələrin təhlükəsizliyinin təmin olunması məsələsində kömək edir”, - deyə Hakopyan qeyd edib.

Hakopyan bildirib ki, bu gün Tavusda nə baş verdiyi hər kəsə aydındır, ona görə də sülhdən söhbət gedə bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tavus   Ermənistan   SQ  


Bizi "telegram"da izləyin