Almaniya səfiri: “Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var”

2023/12/1702009943.jpg
Oxunub: 8507     08:22     08 Dekabr 2023    
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann məcburi köçkünlərin Qarabağ bölgəsinə qayıdışında “nəzərəçarpacaq irəliləyişin” olduğuna diqqət çəkib.

Ordu.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var. Maraqlı söhbətə və yaxşı əməkdaşlığa görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə təşəkkür edirik. Almaniya Azərbaycana minatəmizləmə layihələrində və qaçqınlara qayğı sahələrində dəstək verir”, – o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Qarabağ  


Bizi "telegram"da izləyin