İrəvandan SON DƏQİQƏ: Danışıqlar konstruktiv şəkildə davam edir

2023/05/1685521630.jpg
Oxunub: 433     17:56     01 İyul 2024    
Müvafiq razılaşmalara əsasən, komissiyalar Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası ilə Delimitasiya üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisinin bəyanatında deyilir.

Bildirilir ki, 1 iyul 2024-cü il tarixindən etibarən Komissiyalar müntəzəm olaraq Qaydaların layihələrini mübadilə edib və bir sıra müzakirələr aparıblar.

“Danışıqlar konstruktiv şəkildə davam edir. Təsdiqləmə prosesinin tezliklə başa çatdırılması planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin