ABŞ ordusu “Lockheed”lə “Patriot”larla bağlı əməkdaşlığını dərinləşdirir

2024/07/2024--1719822388.jpg
Oxunub: 218     16:25     01 İyul 2024    
ABŞ ordusu “Lockheed Martin” ilə “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sisteminin raketləri üçün 4,5 milyard dollar dəyərində çoxillik müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, “Patriot” sistemi Ukraynaya kömək etmək üçün Qərb tərəfindən tədarük edilən bir sıra mürəkkəb HHM vahidlərindən biridir.

Müqavilə 870 ədəd PAC-3 MSE raketi və müvafiq avadanlıqları əhatə edir.

Ordu büdcə sənədlərinə görə, “Lockheed” PAC-3 MSE kimi tanınan və hər biri təxminən 4 milyon dollara başa gələn “Patriot”u silahlandıran önləyici raketlərin ən yeni versiyasını istehsal edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Lockheed-Martin  


Bizi "telegram"da izləyin