Türk Dövlətləri Təşkilatının Şuşa sammitinin proqramı açıqlanıb

2023/05/turk_-1683714287.jpg
Oxunub: 303     14:47     01 İyul 2024    
Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı açıqlanıb.

Ordu.az TDT-yə istinadən xəbər verir ki, iyulun 6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək toplantıda Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirakı gözlənilir.

Bununla yanaşı, sammitə təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin başçıları, eləcə də qurumun baş katibi də qatılacaq.

O da qeyd edilib ki, “Nəqliyyat Şəbəkəsi və İqlim Dəyişikliyi fonunda Dayanıqlı Bir Gələcəyin Qurulması” mövzusunda keçiriləcək toplantının gündəminin əsas mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Şuşa  


Bizi "telegram"da izləyin