Türkiyənin ilk hərbi dizayn gəmisi – “Atak” Mina Gəmisi (FOTOLAR)

2023/12/Ekran-10219346580.jpg
Oxunub: 5470     16:19     23 Dekabr 2023    
“Gölcük” Hərbi Gəmiqayırma Zavodunda inşa edilən ilk hərbi dizayn gəmisi olan “Atak” mina gəmisinin təməli 1937-ci ildə qoyulub və 1938-ci il martın 26-da mərasimlə suya buraxılıb. Gəminin baş mühəndisi dəniz mühəndisi kapitan Ata Nutku (Türkiyə dənizçilik və gəmiqayırma sənayesinə böyük töhfələr və dəstəklər verib) idi.


“Atak” gəmisinin dəyəri dövrün pul vahidi ilə 90 min lirə olduğu halda, gəmi çox böyük miqdarda ölkə daxilində istifadə edildi və heç bir xarici dəstək alınmadı. Gəmi mexanizmlərinin dövrələrinin sayını azaltmaq üçün dişli çarx quraşdırılıb və onun şaftı böyüdülüb, yedəkləmə vəzifəsini də yerinə yetirmək imkanı yaradılıb. Gəminin texnikası əvvəllər istifadə edilmiş gəmidən alınıb. Kırıkkaledə mina tökmə avadanlıqları da hazırlanıb.


İndiki vaxtda və keçmişdə gəmilər ümumiyyətlə əsas mühərrikləri olmadan dənizə buraxılır, lakin “Atak” gəmisi mühərriki və qazan avadanlığı ilə birlikdə suya buraxılıb. 1938-ci ildə istismara verilən “Atak” mina gəmisi 1960-cı illərin əvvəllərində istismardan çıxarılıb. Cümhuriyyət dövründə Türkiyə gəmiqayırma zavodlarında istehsal edilən ilk hərbi gəmi olan “Atak” mina gəmisi günümüzə qədər gəlib çatmayıb.


“Atak” Mina Gəmisinin Ümumi Xüsusiyyətləri:

Uzunluq: 44 metr
En: 8 metr
Suya Oturma Dərəcəsi: 3.60 metr
Subasımı: 530 ton
Əsas Mühərrik: 1 ədəd “Atlas Polar” dizel mühərriki, 1025 hP
Mina: 40 ədəd


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Atak   Gölcük  


Bizi "telegram"da izləyin