"KNDS France" ilə KATANA idarəolunan artilleriya mərmisi üçün müqavilə imzalayıb

2024/06/1719473904.jpg
Oxunub: 361     18:37     01 İyul 2024    
"KNDS France" KATANA 155 mm-lik yüksək dəqiqlikli artilleriya sursatının inkişaf etdirilməsi işlərinə davam etmək və onun dəqiqliyini artırmaq üçün Fransa Müdafiə Tədarük Agentliyi (DGA) ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə "KNDS France"nın verdiyi açıqlamada bildirilib.

KNDS tərəfindən həm aşağı intensivlikli, həm də yüksək intensivlikli münaqişələrdə yüksək dəqiqlikli artilleriya döyüş sursatlarına olan təcili ehtiyacı qarşılamaq üçün inkişaf etdirilən KATANA 155 mm-lik yüksək dəqiqlikli artilleriya sursatı şəhər ərazilərində ikinci dərəcəli ziyanı məhdudlaşdırır, artilleriya sistemləri, radarlar və ya komanda mərkəzləri kimi yüksək dəyərli hədəflərlə daha effektiv mübarizə aparmağa imkan verir.

"KNDS France"nin KATANA 155 mm-lik yüksək dəqiqlikli artilleriya sursatları ilə bu sahədə məhsul inkişaf etdirən azsaylı istehsalçılardan biri olduğu və Avropada inkişaf etdirilən məhsullar arasında ən yüksək dəqiqlik dəyərinə sahib olduğu iddia edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KNDS   Fransa   KATANA  


Bizi "telegram"da izləyin