Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

2024/07/4ccac-1719838147.jpg
Oxunub: 211     16:39     01 İyul 2024    
İyunun 23-də Dağıstanda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Məlikov Mahaçqalada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə deyib.

“Təəssüf ki, Dağıstanda törədilən terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər terror aktları zamanı, bir gün sonra isə polis əməkdaşı ağır xəsarətlərdən ölüb”, - o vurğulayıb.

Daha əvvəl 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dağıstan   Terror  


Bizi "telegram"da izləyin