CSG ABŞ-nin ən böyük atıcı silah sursat istehsalçılarından biri olan “Kinetic”i satın almağı hədəfləyir

2024/06/Kinet-1719391021.jpg
Oxunub: 199     13:36     01 İyul 2024    
“Czechoslovak Group” (CSG) ABŞ-nin ən böyük atıcı silah sursat istehsalçılarından biri olan “Kinetic”i satın almağı hədəfləyir.

Ordu.az xəbər verir ki, “Kinetic”in əsas şirkəti “Vista Outdoor” bazar ertəsi Çexiyada yerləşən CSG-dən təklifi 40 milyon dollar artıraraq, 2 milyard dollara çatdırdığını açıqlayıb.

“Vista” həmçinin Dallasda yerləşən “MNC Capital Partners” investisiya şirkətindən təklif alıb.

İnvestisiya şirkəti “Vista”nın bütün əməliyyatlarını, o cümlədən açıq havada idman avadanlıqları biznesini 3 milyard dollara ələ keçirmək istəyir.

“Vista” bildirib ki, CSG-nin əsasən ovçular və hüquq-mühafizə orqanları tərəfindən istifadə edilən tapança və tüfənglər üçün döyüş sursatı təmin edən “Kinetic”ə son təklifi əvvəlki təkliflə müqayisədə “Vista” səhmdarlarına nağd ödənişi də 12,5 faiz artırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CSG   ABŞ  


Bizi "telegram"da izləyin