Ordu.az xəbər verir ki, ABŞ ordusu “Lockheed Martin” şirkətinə Artırılmış Mənzilli İdarəolunan Çoxlüləli Raket Buraxılış Sisteminin (Extended-Range version of Guided Multiple Launch Rocket System, GMLRS ER) istehsalına başlaması üçün “yaşıl işıq” yandırıb.
Bu modernləşdirmə döyüş meydanında uzun mənzilli idarəolunan Yaylım Atəşli Reaktiv Sistemlərinin (YARS) effektivliyini artırmaq məqsədi daşıyır və hərbi imkanların modernləşdirilməsində mühüm addım hesab olunur.
“Lockheed Martin” may ayında 200 milyon dollar dəyərində 2024-cü maliyyə ili müqavilə dəyişikliyi alıb.
Bildirilib ki, bu müqavilə çərçivəsində şirkət 240 ədəd GMLRS ER raketi istehsal edəcək.
Sevinc Əliyeva
Ordu.az