HAVELSAN “Türk Hava Yolları”na yeni simulyator təhvil verib

2024/05/2024--1717142969.jpg
Oxunub: 595     15:08     31 May 2024    
Öz sahələrində Türkiyənin iki aparıcı milli şirkəti olan HAVELSAN ilə “Türk Hava Yolları” (THY) arasında simulyator texnologiyaları sahəsində əməkdaşlıq uğurla davam edir.

Ordu.az xəbər verir ki, iki şirkət arasında cəmi 11 “Airbus” A320 CEO/NEO, “Boeing” B737MAX tam uçuş simulyatoru və uçuş təlimi cihazları üçün tədarük müqaviləsi üzrə istehsal və tədarüklər davam edir.

Müqavilə çərçivəsində nəhayət “Airbus” A320 tam uçuş simulyatoru təhvil verilib və sahə qəbulu sınaqlarına başlanılıb.

Bu, ilk tədarükünü 2018-ci ildə edən HAVELSAN-ın 2024-cü ildən etibarən THY-yə təhvil verdiyi ikinci “Airbus” A320 tam uçuş simulyatorudur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN   Türkiyə   THY  


Bizi "telegram"da izləyin