ABŞ Niderlanda AMRAAM-ER raketlərinin tədarükünü təsdiqləyib

2024/07/2024--1719821825.jpg
Oxunub: 161     13:49     01 İyul 2024    
Danimarka və Norveçdən sonra Niderland da raket arsenalını gücləndirmək üçün hərəkətə keçib.

Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Xarici Hərbi Satışlar (FMS) vasitəsilə Niderlanda 678 milyon dollar dəyərində AMRAAM-ER genişləndirilmiş mənzilli “hava-hava” raketləri və müvafiq avadanlıqların satışını təsdiqləyib.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) 2024-cü il iyunun 13-də Konqresə bu potensial satış barədə məlumat verən lazımi sertifikatı verib.

Satışa əlaqəli raketlərin konteynerləri də daxil olmaqla, təlim, sənədlər, dəstək və sınaq avadanlıqları, texniki və logistika dəstək xidmətləri, habelə digər əlaqəli logistika və proqram dəstəyi elementləri daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Niderland   AMRAAM-ER  


Bizi "telegram"da izləyin