“Dünya müharibəsinin həbs düşərgələrində yəhudilərlə eyni dəhşətli aqibəti yaşadıq” - Vuçiç

2024/06/2024--1719652074.jpg
Oxunub: 219     15:07     29 İyun 2024    
Analitiklər Serbiya prezidentinin illərdir İsraillə münasibətləri inkişaf etdirdiyini deyirlər.

Ordu.az xəbər verir ki, dörd il əvvəl Vaşinqtonda İsrail yönümlü lobbi tədbirində çıxış edən Serbiya prezidenti Aleksandar Vuçiç Belqradın İsrailə dəstəyinin möhkəm olduğunu və İsrailin 1948-ci ildə qurulmasından otuz il əvvələ gedib çıxdığını fəxrlə bəyan edib.

O, Serbiyanın Vaşinqtondakı nümayəndəsi Milenko Vesniçin 1917-ci ildə Britaniyanın yəhudi vətəninə dəstəyini təsdiq edən 70 sözdən az bir sənəd olan Balfur bəyannaməsi imzalandıqdan sonra İsrail adlı dövlətin yaradılmasını dəstəklədiyini iddia edib.

Vuçiç Vaşinqtonda ən güclü xüsusi maraq qruplarından biri kimi tanınan ABŞ-İsrail İctimai Əlaqələr Komitəsinə (Aipac) deyib ki, serblər və yəhudilər arasında ortaq məxrəclər kimi təsvir edillə biləcək çox şey var.

“İkinci Dünya müharibəsinin həbs düşərgələrində də eyni dəhşətli aqibəti yaşadıq. Biz yəhudi xalqını sevirik, bizim həmişə böyük münasibətlərimiz olub”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İkinci-Dünya-müharibəsi   Serbiya  


Bizi "telegram"da izləyin