Türkiyədə inşa edilən PNS BABUR korveti Pakistandadır

2024/06/2024--1719643226.jpg
Oxunub: 269     12:30     29 İyun 2024    
Kəraçi Dəniz Gəmiqayırma Zavodunda PN MİLGEM Layihəsinin ilk gəmisi PNS BABUR (F-280) korvetinin qarşılanma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qabiliyyətlərini artırmaq məqsədilə ASFAT A.Ş.-nin podratçılığı altında başladılan PN MİLGEM Layihəsinin ilk gəmisi olan PNS BABUR (F-280) çoxməqsədli korveti Pakistanın Karaçi şəhərinə gəlib.

Bu çərçivədə Pakistan HDQ-nin hərbi qulluqçularının iştirakı ilə Kəraçi Dəniz Gəmiqayırma Zavodunda qarşılanma mərasimi keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı “Askeri Fabrika ve Tersane İşletme AŞ” (ASFAT) PN MİLGEM Layihəsi ilə Türkiyə Cümhuriyyəti tarixində ən böyük müdafiə sənayesi ixracına nail olub.

Bu çərçivədə 2018-ci il sentyabrın 6-da imzalanan müqavilə Pakistan HDQ üçün 4 korvetin inşasını əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PNS-BABUR   Pakistan  


Bizi "telegram"da izləyin