“Reallıqda “Swathi”lər döyüş şəraitində öz funksiyalarının heç 50 faizini yerinə yetirə bilmirlər” - HƏRBİ EKSPERT (ANALİZ)

2020/03/regnu-19007879376.jpg
Oxunub: 3608     10:28     18 Mart 2020    
“The Times of India” nəşrinin məlumatına görə, Hindistan Ermənistanla dörd komplekt “Swathi” batareya əleyhinə radarlarının (radiolokasiya stansiyaları) təchizatı məsələsində razılığa gəlib. Əməliyyatın dəyəri təxminən 40 milyon dollar qiymətləndirilir. Mənbənin verdiyi məlumata görə, İrəvan həmçinin rus və ya polyak istehsalı olan buna bənzər radarların alınmasını da nəzərdən keçirib, lakin sınaqdan sonra Hindistan məhsulunu seçib.

Hindistan radarının xüsusiyyətləri nədir və Ermənistan onu niyə seçib?

Bu suala keçməzdən öncə ilk növbədə Radiolokasiyanın əsas xarakteristikalarına nəzər salmaq çox vacibdir. Yoxsa biz bu sualı araşdırmaqda çətinlik çəkəcəyik.

Radiolokasiya stansiyalarının əsas taktiki və texniki xüsusiyyətləri nə ilə xarakterizə olur?

1. Obyektlərin maksimum və minimum aşkar diapazonları;
2. Uzaqlığa görə ayırma qabiliyyəti;
3. Bucaqlara görə ayırma qabiliyyəti;
4. Uzaqlıq və istiqamət kordinatının müəyyənləşdirilməsində dəqiqlik.

Obyektlərin maksimum aşkaretmə uzaqlığı radioötrücü qurğunun impuls gücündən(Pи), antenin yönləndirmə əmsalı G, yayılmış impulsun müddəti, radioqəbuledicinin buraxma zolağından (Af), obyektinin effektiv əks etdirmə sahəsi (Sə), radar antenanın h1 hündürlüyü və əks etdirən obyekt h2 hündürlüyü, həmçinin qəbuledicinin həssaslığından asılıdır.

Radarların texniki xüsusiyyətləri və maksimum aşkaretmə diapazonunun asılı olduğu dəyərlər aşağıdakı asılılıqla əlaqələndirilir:

Formula (127) sərbəst məkanda radarların uzaqlıq aralığını müəyyənləşdirir. Bununla birlikdə, radarlarda istifadə olunan ultraqısa santimetrlik dalğalar uzunluğu düz xətt şəklində yayılır, buna görə aşkarlama diapazonu görmə xətti ilə məhdudlaşır. Normal vəziyyətdə atmosfer refraktsiyasını nəzərə alsaq radar üfüqünün uzaqlıq diapazonu aşağıdakı (128) formula ilə hesablanır.

Obyektlərin minimum aşkar diapazonu, yayılan impulsun (x) müddəti və stansiyanın “Ötürmə” rejimindən “Qəbul” rejiminə keçməsi üçün lazım olan vaxt intervalından asılıdır (т1).

Radarlarda obyektlərin minimum məsafədə aşkarlama diapazonunu azaltmaq üçün zond impulslarının t müddəti 0,1 - 1,0 ms-ə bərabər alınır. T = 0.5 μs və t1 = 0.2t = 0.1 μs olduqda, minimum aşkarlanma uzaqlığı belə hesablanır.

Minimum aşkaretmə diapazonu, həmçinin antenin hündürlüyündən və şaquli müstəvidə radiasiya şuasının genişliyindən asılıdır. Bu asılılıq düsturla müəyyən edilir.

h - antenanın dəniz səviyyəsindən yüksəkliyi; ab- radiasiya şuasının enidir.

Uzaqlığa görə ayırdetmə qabiliyyəti bir radarın fərqli məsafələrdə yerləşən, lakin dairəvi görünüş ekranında eyni azimutda müşahidə olunan obyektləri göstərmək qabiliyyətidir. Dalğanın uzunluğu nə qədər qısa olarsa, radarın ayırdetmə qabiliyyəti daha yaxşı olar. Ayırdetmə qabiliyyəti zond impulsun müddətindən, Elektron Luç turubkanın ekrandakı elektron nöqtənin diametrindən və baxış diapazonundan asılıdır. Deməli Ermənistan Respublikasının almaq istədiyi bu “Swathi” batareya əleyhinə radarlarının (radiolokasiya stansiyaları) döyüş qabiliyyətini bu kontekstdə qiymətləndirmək lazımdır.

Düşmən əməliyyat teatrının xüsusiyyətlərini nəzərə alaraq, Ermənistan və Azərbaycan arasındakı döyüş fəaliyyətində əsas komponentlərdən birinin artilleriya olacağını düşünür. Yerin relyefini nəzərə alsaq, qarşıda duran tərəfin artilleriyasını effektiv şəkildə məhv etmək vəzifəsi, xüsusən, daha çox mobil özühərəkət edən artleriya qurğuları olduqda çox çətindir.

Ermənistan rəhbərliyi hesab edir ki, gələcəkdə Azərbaycanda görünə bilən lazerlə yönəldilən və ya peyklə idarə olunan yüksək dəqiqlikdə olan artilleriya mərmiləri vəziyyəti daha da çətinləşdirir - bu vəziyyətdə batareya görməyə vaxt sərf etmir və hədəfi 1-2 atışla vura bilər, tez öz yerini tərk edir.

Bu baxımdan, qarşıda duran bölmənin artilleriyasının koordinatlarını tez bir zamanda hesablamaq üçün vasitə lazımdır. Bu problemi həll etməyə, uçan mərmini aşkar edən və uçuş trayektoriyasında həm düşmə nöqtəsini, həm də atılan silahın koordinatlarını hesablayan əks batareya döyüş radarları ən yaxşı uyğun gəlir.

Alınan koordinatlara görə, öz artilleriya sistemləri dərhal atəşə başlaya bilər və ya başqa döyüş sursatları (kamikadze dronları və s.) kimi digər məhvetmə vasitələri istifadə edilə bilər.

Niyə “Swathi”?

Ermənistanın silah idxalının əksər hallarda Rusiya ilə əlaqəli olduğunu nəzərə alsaq (Şərqi Avropada tez-tez satılan silah-sursat təchizatı barədə deyilsə də), başqa bir ölkə ilə edilən hər hansı bir anlaşma dərhal diqqəti cəlb edir.

“Swathi” radarları 2000-ci illərdə satın alınan Amerikan AN/TPQ-37 “Firefinder” radarları tərəfindən ciddi şəkildə təsirlənən ən müasir (istehsalçının iddiasına görə) Hindistan inkişaflarından biridir. Ovaxtı bu sistemlərin 12 vahidi üçün Hindistan 200 milyon dollar ödəyib. Bundan sonra həm xüsusiyyətlərinə, həm də düzülüşünə görə əsasən Amerika radarına bənzər bir Hindistan analoqu hazırlanıb.

“Swathi” radarı minaatanlardan atılan mərmiləri 20 km məsafədə, kalibiri 105 mm və daha yüksək olan artilleriya mərmilərini 30 km-ə qədər məsafədə və 40 km-ə qədər məsafədə idarə olunmayan mərmiləri aşkarlayır. Eyni anda 7-ə qədər hədəfi müşahidə edə bilər. Atılan mərmi trayektoriyası, həmçinin rəqibin aşkar edilmiş artilleriya hissələrinin yeri 100×100 km formatlı rəngli üç ölçülü xəritədə göstərilir. Rəqib hədəflərini müəyyənləşdirməklə yanaşı, kompleks öz artilleriyasının əks-batareya atəşini də idarə edə bilir. “Swathi” batareya əleyhinə radarları “Bharat Earth Movers Limited” (BEML) dövlət birliyi tərəfindən lisenziyaya əsasən Hindistanda istehsal olunan “Tatra” T815 (8x8) avtomobilin şassisinə quraşdırılıb. “Swanthi” radarının fərqləndirici xüsusiyyətlərindən biri AN/TPQ-37 ilə müqayisədə ekipaj üçün istifadə rahatlığıdır.

Anlaşma ilə əlaqəli risklərdən Hindistan hərbi-sənaye kompleksinin bəzi gözlənilməzliyini qeyd etmək lazımdır - elan olunan taktiki və texniki xüsusiyyətlərə uyğunsuzluqları aradan qaldırmaq və mümkün bir çatışmazlığı müəyyən etmək üçün avadanlıqların qəbulu barədə fikir söyləmək çətindir.

Nəşrlərin yazdıqlarına inansaq, Ermənistan rus istehsalı olan (1L219M “Zoopark-1”) və ya Polşa analoqunu (“Liwiec” radarı) almağı da nəzərdən keçirib.

Ermənistan Müdafiə Nazirliyindəki mənbələrin fikirlərinə görə, Himalay dağlarının sərt dağ şəraitində hazırlanmış və sınaqdan keçirilmiş “Swanthi”dən fərqli olaraq, Rusiya istehsalı olan “Zoopark”ının radarları dağlıq ərazilərdə elə də yaxşı işləmir. Seçimin əsas səbəbi bu idi. “Zoopark-1”in iddia edilən xüsusiyyətləri də bir az daha şübhəlidir - minalar 17 km məsafədə, 12 km məsafədə mərmi, 22 km məsafədə idarəolunmayan raketləri aşkar edir, lakin Rusiya sistemində isə 12-dən çox hədəf kanalları var.

Qiymətə gəldikdə, “Zoopark-1” müxtəlif sərgilərdə dəfələrlə nümayiş olunmasına baxmayaraq, heç vaxt ixrac edilməyib, müvafiq olaraq açıq mənbələrdə qiymət haqqında məlumat tapmaq (daxili rus qiyməti məxfiləşdirilib) mümkün deyil. Eyni Amerika sistemi Hindistana 2000-ci illərin ortalarında bir vahid üçün 16,6 milyon dollara (indi inflyasiyanı nəzərə alsaq, dəyəri daha da artacaq) başa gəldi.

Polşa sistemi o qədər də məşhur deyil və bu barədə danışmaq olduqca çətindir, ehtimal ki, ona maraq yalnız nəzəri idi. Ümumiyyətlə, onun xüsusiyyətləri “Swanthi”nin xüsusiyyətlərinə uyğundur, ancaq dəyərinin daha yüksək olduğu ehtimal edilir.

Digər bir sual ortaya çıxa bilər: “Swanthi”ni Ermənistan silahlı qüvvələrində Rusiya/Sovet standartları texnologiyası ilə nə qədər birləşdirmək mümkün olacaq?

Əks batareya radarlarının yerüstü qüvvələrin (daha dəqiq desək - artilleriya) nəzarəti altında olacağını nəzərə alsaq, onların işləri hava hücumundan müdafiə qüvvələrinə cavabdeh olan radarla təmas olmadan həyata keçirilir.

Bundan əlavə, hava müdafiəsi mövzusunda da, müxtəlif istehsalçıların müasir radarları vahid bir şəbəkəyə birləşdirilə bilər, sadəcə bir az daha mürəkkəb ola bilər və daha çox vaxt və səy tələb edir.

Hindistan sövdələşməsini tədarükün şaxələndirilməsi yolunda ciddi bir addım adlandırmaq olduqca çətindir - kifayət qədər məhdud sayda silah əldə edilir. Eynilə, məsələn, 1999-cu ildə dörd WM-80 Çinli istehsalı olan çoxsaylı buraxılış raket sistemini əldə etmək üçün bir razılaşma olmuşdu.

Qeyd olunanlar aşıdakı nəticələrə gəlməyə imkan verir:

1. Düşmən ciddi şəkildə Aprel döyüşlərindən nəticə çıxararaq öz silahlı qüvvələrini yeni sistemlərlə təhciz etmək istəyir.

2. İqdisadi çətinliklər səbəbindən bu sistemlər yalnız məhdud sayda alınır və bu da düşmənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin nəzərəçarpacaq dərəcədə artacağı anlamına gəlmir.

3. Düşmənin əsas niyyəti yeni alınmış bütün silahları bir idarəetmə sisteminə birləşdirərək daha effektiv şəkildə istifadə etməkdir.

4. Silahlı Qüvvələrimiz düşmən ölkənin məhdud sayda yeni növ silahlar alması ilə bağlı diqqətli olmalıdır. Gələcəkdə bu cür vasitələr Silahlı Qüvvələrimizin döyüş işini poza bilməsə də, müxtəlif cür maneələr yarada bilər. Bu səbəbdən torpaqlarımızın azad olunmasına başladığımız zaman ilk həmlədə bu cür radiolokasiya stansiyalarının koordinatlarını aşkarlayaraq onları qətiyyətli bir şəkildə məhv etmək əsas tapşırıqlardan biri olacaq.

5. Yuxarıda göstərdiyimiz riyazi formullara nəzər salsaq görərik ki, istehsalçıların texniki göstəricilərini şişirdilmiş formada göstərməsinə baxmayaraq, reallıqda bu sistemlər döyüş şəraitində öz funksiyalarının heç 50 faizini yerinə yetirə bilmirlər.

6. Silahlı qüvvələrimizin bütün HHM və artilleriya mütəxəsisləri düşmənin aldığı və almağa planlaşdırdığı bu döyüş texnikalarının zəif bəndlərini avtomatizmə qədər öyrənməlidirlər. Döyüşlərdə bu həlledici parametr ola bilər.

Hərbi ekspert Ramiz Şərifov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Swathi   Hindistan   Ermənistan   Radar  

“Reallıqda “Swathi”lər döyüş şəraitində öz funksiyalarının heç 50 faizini yerinə yetirə bilmirlər” - HƏRBİ EKSPERT (ANALİZ)

2020/03/regnu-19007879376.jpg
Oxunub: 3609     10:28     18 Mart 2020    