Ordu.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “RİA Novosti” agentliyinə müsahibəsində deyib.
Overçukun sözlərinə görə, məsələyə sırf praktiki baxımdan yanaşılır.
O qeyd edib ki, Ermənistan Rusiya ilə eyni iqtisadi ittifaqda olduğu halda müəyyən iqtisadi üstünlüklər əldə edir.
Rusiyalı rəsmisi əlavə edib ki, əgər İrəvan başqa bir ittifaqa qoşulmaq qərarı verirsə, bunun nəticələrinin maliyyə yükünü Rusiyanın daşıması üçün əsas yoxdur.
Alpər Mövludoğlu
Ordu.az