ABŞ Konqresi təsdiqləməsə, Trampın portreti olan 250 dollarlıq əskinas buraxılmayacaq

2026/06/1780570088.jpg
Oxunub: 183     14:44     04 İyun 2026    
ABŞ administrasiyası Konqres müvafiq qanun layihəsini təsdiqləmədiyi halda Donald Trampın portreti olan 250 dollarlıq əskinasın dövriyyəyə buraxılmasında israr etməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Senatın Maliyyə Komitəsində keçirilən dinləmələr zamanı açıqlama verib.

“Əlbəttə”, - deyə o, Konqres təşəbbüsü dəstəkləmədiyi halda administrasiyanın bu plandan imtina edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

“Biz qanun çərçivəsində hərəkət edəcəyik”, - deyə nazir vurğulayıb.

Bessent mayın sonunda bildirib ki, Maliyyə Nazirliyi artıq sözügedən əskinasın dizaynı üzərində işləyir. Onun sözlərinə görə, əskinasın dövriyyəyə buraxılması üçün qanunvericilikdə dəyişiklik edilməlidir.

Nazir həmçinin qeyd edib ki, hazırkı qanunvericiliyə əsasən ABŞ pul nişanlarının üzərində yaşayan şəxslərin təsviri yerləşdirilə bilməz.

O əlavə edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında hazırda bu tələbi dəyişdirməyi nəzərdə tutan qanun layihəsi müzakirə olunur.

Daha əvvəl “The Washington Post” qəzeti yazıb ki, ABŞ Maliyyə Nazirliyi fəaliyyətdə olan prezidentin təsviri olan 250 dollarlıq əskinas yaradılması ideyasını irəli aparır.

Bu təşəbbüs reallaşarsa, Tramp son 150 ildə sağlığında ABŞ dollarının üzərində təsviri yer alan ilk şəxs olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Konqres   Tramp  


Bizi "telegram"da izləyin