Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
Zaxarovanın sözlərinə görə, Ermənistanda gözlənilən parlament seçkiləri ilə bağlı Rusiyanın mövqeyi Prezident Vladimir Putin tərəfindən daha əvvəl açıqlanıb və həmin mövqedə heç bir dəyişiklik baş verməyib.
O qeyd edib ki, Putin bu mövqeni Nikol Paşinyanla görüşü zamanı da ifadə etmişdi.
Alpər Mövludoğlu
Ordu.az