UNIFIL: Livanda sülhməramlı ölüb

2024/10/45ff9-1730264228.jpg
Oxunub: 214     13:00     04 İyun 2026    
BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bir sülhməramlısı Livanın cənubunda minaatandan açılan atəş nəticəsində həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə UNIFIL-in məlumatında deyilir.

"Bu gün səhər saatlarında Livanın cənub-şərqindəki Mərcayun bölgəsində minaatandan açılan atəş nəticəsində ağır yaralanan UNIFIL sülhməramlısı həlak olub. Yaralanan iki sülhməramlı isə UNIFIL bazasındakı tibb məntəqəsində müalicə alır", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UNIFIL   Livan  


Bizi "telegram"da izləyin