“Rusiya Ermənistanın atdığı addımların nəticələrini öz hesabına maliyyələşdirmək niyyətində deyil” - Qaluzin

2026/06/1780564817.jpg
Oxunub: 240     13:21     04 İyun 2026    
“Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımların nəticələrini öz hesabına maliyyələşdirmək niyyətində deyil”.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində TASS agentliyinin sualını cavablandırarkən deyib.

Qaluzinin sözlərinə görə, Ermənistanın hansı istiqaməti seçəcəyi və gələcək siyasi kursunu kimlə quracağı ölkənin öz qərarıdır.

Lakin o vurğulayıb ki, Rusiya Ermənistanın Avropa İttifaqına yaxınlaşma siyasətini Avrasiya İqtisadi Birliyinə üzvlükdən əldə etdiyi üstünlüklər hesabına maliyyələşdirməyəcək.

Rusiya rəsmisi qeyd edib ki, Ermənistanın Aİİ üzvlüyündən qazandığı iqtisadi üstünlüklər danılmazdır və Moskva həmin resursların Avropa inteqrasiyası məqsədlərinə yönəldilməsini qəbul etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin