“Politico”: Avropanın 11 ölkəsi ruslar üçün Şengen zonasına giriş qaydalarının sərtləşdirilməsini istəyir

2026/05/1780067797.jpg
Oxunub: 191     14:56     04 İyun 2026    
Yay istirahət mövsümü ərəfəsində Avropanın azı 11 dövləti Avropa İttifaqı rəhbərliyindən rusiyalı turistlərin Şengen zonasına giriş qaydalarının sərtləşdirilməsini tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Baltikyanı ölkələrin, Çexiyanın, Danimarkanın, Finlandiyanın, Niderlandın, Polşanın, İsveçin, eləcə də Avropa İttifaqına üzv olmayan İslandiya və Norveçin nazirləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasa və daxili işlər və miqrasiya məsələləri üzrə Avropa komissarı Maqnus Brunnerə birgə məktub ünvanlayıblar.

Məktubda Rusiyaya münasibətdə viza siyasətinin yenidən nəzərdən keçirilməsi tələb olunur.

Bununla belə, təşəbbüsə qoşulmayan ölkələrin nümayəndələri məsələyə tələsmədən və ehtiyatlı yanaşma ilə baxmağa çağırıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Şengen   Ruslar  


Bizi "telegram"da izləyin