Ukrayna və Böyük Britaniya Bakıda əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edib

2026/06/1780569116.jpg
Oxunub: 182     13:57     04 İyun 2026    
Ukrayna və Böyük Britaniya ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, təhlükəsizlik və humanitar sahədə müasir çağırışları müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın Azərbaycandakı səfirliyində Böyük Britaniyanın yeni səfiri Dunkan Normanla görüş keçirilib.

"Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə edilib, təhlükəsizlik sahəsində müasir çağırışlar və humanitar məsələlər, həmçinin regionda gələcək qarşılıqlı fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.

Qusev Ukraynanın azadlıq və müstəqillik uğrunda mübarizəsinə göstərdiyi dəyişməz dəstəyə görə Böyük Britaniyaya minnətdarlığını bildirib.

"Tərəfdaşlıq əlaqələrinin inkişafında hər iki tərəfin maraqlı olduğunu təsdiq etdik, birgə təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi üçün sıx əlaqələr saxlamaqla bağlı razılığa gəldik", - Ukrayna səfiri qeyd edib.

Bundan başqa, ukraynalı diplomat Dunkan Normana Azərbaycandakı diplomatik missiyasında uğurlar arzulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Britaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin