Ordu.az Serbiya mediasına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqı Şurasının sədri Antonio Koşta ilə danışıqlar zamanı bəyan edib.
Onun sözlərinə görə, korrupsiya ilə mübarizə əsas prioritetlərdən biridir.
Vuçiç həmçinin qeyd edib ki, ideyaların və gələcək planların açıq mübadiləsi Aİ-yə üzvlüyə can atan ölkə üçün müstəsna əhəmiyyət kəsb edir.
"Biz ortaq dəyərləri bölüşürük və Avropa İttifaqı ilə güclü iqtisadi əlaqələrimiz var. Aİ ilə ticarət 58 milyard avroya çatıb. Bu gün Qərbi Balkan ölkələrinin Avropa İttifaqına ümumi ixracının 57,1 %-i Serbiyanın payına düşür", - Vuçiç bildirib.
Öz növbəsində, Koşta bəyan edib ki, Belqrada səfərində məqsəd Serbiyanın Avropaya inteqrasiyasını dəstəklədiyini təsdiqləməkdir. O əlavə edib ki, genişlənmə Avropa üçün geostrateji zərurətdir.
Ordu.az