FT: Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarına qoyduğu vetonu aradan qaldırıb

2026/03/1773647283.jpg
Oxunub: 152     11:50     04 İyun 2026    
Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarına qoyduğu 17 aylıq vetonu ləğv edib.

Ordu.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Financial Times"ın məlumatında deyilir.

Bu addım Ukrayna və Moldovanın üzvlüklə bağlı rəsmi danışıqlara artıq iyunun 15-dən başlamasına imkan yaradır.

Nəşrin məlumatına görə, Peter Madyarın başçılıq etdiyi Macarıstan hökuməti danışıqlar prosesinin daha da irəliləməsini dəstəkləməyə razılıq verib.

"Peter Madyarın ötən gecə qəbul etdiyi qərar hər iki ölkə üçün iyunun 15-də danışıqların başlamasına yol açır. Bu, onlara birinci danışıq klasteri çərçivəsində qanunvericiliklərini Aİ standartlarına uyğunlaşdırmağa başlamağa imkan verəcək", - "Financial Times" qeyd edir.

Madyar bəyan edib ki, Budapeşt Ukraynada macar azlığın dil, təhsil, mədəni və siyasi hüquqları məsələlərində hərtərəfli razılığa nail olunduqdan sonra Ukraynanın avrointeqrasiyasını dəstəkləyəcək.

Nəşrin yazdığına görə, razılaşma Kiyev, Budapeşt və Brüssel arasında intensiv məsləhətləşmələrdən sonra, eləcə də Avropa İttifaqının digər üzv dövlətlərinin diplomatik səyləri nəticəsində əldə edilib.

Kiprin Avropa məsələləri üzrə nazir müavini Marilena Rauna Ukrayna və Moldova ilə danışıqların başlaması barədə qərarı tarixi addım adlandırıb.

Nəşrin məlumatına görə, Macarıstanın mövqeyi Aİ ölkələrinin səfirlərinin Brüsseldəki görüşündən sonra dəyişib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Ukrayna    


Bizi "telegram"da izləyin