Overçuk Ermənistan məhsullarına tətbiq olunan məhdudiyyətləri normal proses adlandırıb

2026/06/1780559922.jpg
Oxunub: 144     11:56     04 İyun 2026    
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistandan idxal olunan məhsullarla bağlı görülən tədbirlərin adi iş prosesi olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, “RİA Novosti” agentliyinə açıqlamasında danışıb.

Overçukun sözlərinə görə, Rusiya Ermənistan məhsullarının idxalına qarşı ümumi məhdudiyyət tətbiq etmir.

O bildirib ki, hazırda yeni məhsulların bazara daxil olması ilə əlaqədar standart yoxlama və nəzarət tədbirləri həyata keçirilir.

Rusiyalı rəsmisi qeyd edib ki, yeni məhsulların bazara çıxarılması zamanı müəyyən problemlərin aşkarlanması normal haldır.

Onun sözlərinə görə, belə hallar vaxtaşırı baş verir və bu, adi iş prosesinin tərkib hissəsidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin