Ordu.az xəbər verir ki, bunu "Huawei Technologies" şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə Baş Kibertəhlükəsizlik və Məxfilik Direktoru Corey Deng Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
"Kibertəhlükəsizliyin əhəmiyyətindən danışanda, sanki rəqəmsal üfüq xətti inşa edirsiniz. Nə qədər yüksək tikiriksə, təməlin o qədər dərin və möhkəm olması lazımdır. Kibertəhlükəsizlik əslində həmin təməl daşıdır. Burada yeni texnologiyalar, xüsusilə də süni intellekt əsas hərəkətverici qüvvə rolunda çıxış edir. Bu yalnız informasiya texnologiyaları üçün deyil, həm də təhlükəsizlik sənayesi üçün çox dağıdıcıdır. Post-kvant kriptoqrafiyası da təhlükəsizlik sənayemiz üçün növbəti problem olacaq", - deyə o qeyd edib.
Qonağın sözlərinə görə, süni intellekt oyunu dəyişdirən amildir: "Hücumçular mütləq süni intellektdən istifadə edəcəklər. Kim daha sürətli olacaq? Kim süni intellektdən istifadə etməkdə daha bacarıqlı olacaq? Vurğulamaq istədiyim başqa bir vacib məqam odur ki, biz yalnız son addımda, yəni təhlükəsiz əməliyyatda süni intellektə etibar edə bilmərik. Məhsul dizaynından, məhsulun inkişafından və məhsulun yoxlanmasından başlayaraq süni intellekti qəbul etməliyik".
Ordu.az