Erməni deputat: “Hakimiyyət 25 günlük təlim toplanışlarını cəza alətinə çevirib”

2026/06/1780560155.jpg
Oxunub: 149     12:07     04 İyun 2026    
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan hərbçilərə müraciət edərək hakimiyyətin 25 günlük təlim toplanışlarından siyasi məqsədlərlə istifadə etdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Manukyanın sözlərinə görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 25 günlük təlim toplanışlarını cəza vasitəsinə çevirib.

Erməni deputat bildirib ki, hakimiyyət Ermənistan vətəndaşlarını orduya çağırışla hədələyir.

“Ölkə rəhbərliyi Silahlı Qüvvələrə mənfi münasibət bəsləyir və ordunu siyasi rəqibləri susdurmaq üçün istifadə olunan vasitə kimi görür”, - deyə o qeyd edib.

Manukyan vətəndaşları bu yanaşmanı rədd etməyə çağırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manukyan  


Bizi "telegram"da izləyin