Kiprin XİN başçısı Mərkəzi Asiya ölkələri üzrə turneyə başlayıb

2026/06/1780568745.jpg
Oxunub: 177     13:04     04 İyun 2026    
Kiprin xarici işlər naziri Konstantinos Kombos Mərkəzi Asiya ölkələri üzrə turne həyata keçirir.

Ordu.az Kiprin Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, Kombos respublika Prezidenti Nikos Xristodulidisin rəsmi səfərinin başa çatması çərçivəsində bu gün Qazaxıstandan Tacikistana gedir.

İyunun 4-də turnenin ilk dayanacağı Tacikistan olacaq. Danışıqlar zamanı əsas diqqət ikitərəfli münasibətlərin nəzərdən keçirilməsinə və daha da möhkəmləndirilməsinə, eləcə də Kiprin Avropa İttifaqı Şurasına qarşıdan gələn sədrliyi ilə bağlı məsələlərə yönəldiləcək.

İyunun 6-da nazir Özbəkistana səfər edəcək. Səfərin məqsədi ikitərəfli münasibətlərdə müsbət dinamikanın qorunub saxlanması, siyasi məsləhətləşmələrin dərinləşdirilməsi və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair perspektivlərin öyrənilməsidir.

İyunun 8-də K.Kombos Qırğızıstana səfər edəcək. Əsas diqqət Kipr-Qırğızıstan münasibətlərinin gələcək inkişafına, siyasi və diplomatik əlaqələrin fəallaşdırılmasına və s. yönəldiləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kipr   Mərkəzi-Asiya  


Bizi "telegram"da izləyin